Fəxri Kazımov “Azərbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyətinin sədri təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Fəxri Kazımov “Azərbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyətinin sədri təyin edilib

18:34 - 05 / 08 / 2016
Fəxri Kazımov “Azərbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyətinin sədri təyin edilib

Prezident İlham Əliyev F.X.Kazımovun “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fəxri Xanhüseyn oğlu Kazımov “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin”.

1news.az

 

Paylaş:
1551

Son xəbərlər

Bütün xəbərlər