Çempionlar Liqasında pley-off mərhələsinin cütləri bəlli oldu | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasında pley-off mərhələsinin cütləri bəlli oldu

18:46 - 05 / 08 / 2016
Çempionlar Liqasında pley-off mərhələsinin cütləri bəlli oldu

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçirilib.

1news.az-ın məlumatına görə, qrup mərhələsinə son 10 vəsiqəyə 20 iddiaçının rəqibləri bəlli olub.

Öz ölkəsinin çempionu olanlar pley-offun 5 cütünü təşkil edib. Azərbaycan çempionu “Qarabağ”ı yarışdan kənarlaşdıran Çexiya “Viktoriya” Bolqarıstan “Lüdoqorets”i ilə düşüb.

Çempion olmayanların mübarizəsində də 10 komanda 5 cütdə mübarizə aparacaq. “Böyük beşlik” təmsilçilərinin iştirakı ilə bir duel baş tutacaq. “Vilyarreal” “Monako” ilə görüşəcək. Bundan başqa, “Porto” ilə “Roma” arasında duel də maraq kəsb edir.

Qeyd edək ki, bu mərhələnin ilk görüşləri avqustun 16-17-də, cavab qarşılaşmaları 23-24-də baş tutacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi (16-17 və 23-24 avqust)

Çempionlar yolu

“Ludoqorets” (Bolqarıstan) - “Viktoriya” (Çexiya)

“Seltik” (Şotlandiya) - “Hapoel” (Beyer-Şeva, İsrail)

“Kopenhagen” (Danimarka) - APOEL (Kipr)

“Dandalk” (İrlandiya) - “Legiya” (Polşa)

“Dinamo” (Xorvatiya) - “Zalsburq” (Avstriya)

Liqa yolu

“Styaua” (Rumıniya) - “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Roma” (İtaliya)

“Ayaks” (Hollandiya) - “Rostov” (Rusiya)

“Yanq Boyz” (İsveçrə) - “Borussiya” (M, Almaniya)

“Vilyarreal” (İspaniya) - “Monako” (Fransa)

1news.az

 

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər