Frederik Antonetti: “Qəbələ” bu qələbəyə layiq idi
Hər iki komandanın oyunçuları layiqli oyun göstərdi. Məğlubiyyəti də həzm etmək lazımdır. Sadəcə, təəssüf edirəm.
1news.az-ın məlumatına görə, bunu Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda minimal hesabla “Qəbələ”yə uduzaraq iki oyunun nəticəsinə görə mübarizəni dayandıran Fransanın “Lill” klubunun baş məşqçisi Frederik Antonetti deyib.
“Qəbələ” ilə Fransada çox çətin oyun keçirdikdən sonra rəqibin nəyə qadir olduğunu bildiklərini deyən baş məşqçi cavab görüşündə daha yaxşı oynadıqlarını söyləyib:
“Futbolçularımız yüksək motivasiya ilə hazırlaşmışdılar. Əlimizdən gələni etdik ki, oyunda özümüzü sübut edək. Lakin istədiyimiz nəticəni əldə edə bilmədik. “Qəbələ” isə sadəcə super oynadı. Oyundan əvvəl “Qəbələ”nin matçlarını izləmişdik. Rəqib güclü futbolçulardan təşkil olunub. Bu gün də “Qəbələ” bu qələbəyə layiq idi”- deyə, baş məşqçi qeyd edib.
1news.az