“Trabzonspor”dan azərbaycanlı futbolçuya jest | 1news.az | Xəbərlər
İdman

“Trabzonspor”dan azərbaycanlı futbolçuya jest

17:51 - 06 / 08 / 2016
“Trabzonspor”dan azərbaycanlı futbolçuya jest

FİFA azərbaycanlı futbolçu Ramil Şeydayevin milli komandamızda oynamasına razılıq verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şeydayevin çıxış etdiyi Türkiyənin "Trabzonspor" klubu bu hadisədən sonra futbolçumuza jest edib.

Bu gün klubun rəsmi “Facebook” və “Twitter” hesabında Ramilin şəklinin üzərində “Sən bizə qardaşlarımızın əmanətisən” sözləri yazılmış foto paylaşılıb.

Xatırladaq ki, Ramil Şeydayev yay transfer pəncərəsində “Zenit”dən ayrılaraq “Trabzonspor” klubu ilə müqavilə imzalayıb.

1news.az

Paylaş:
731

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər