Rio-2016: 35 braziliyalı həbs olundu
Rio-2016-nı qəbul edən Braziliyada növbəti xoşagəlməz hadisə yaşanıb.
1news.az apasport.az-a istinadən xəbər verir ki, Olimpiya Oyunlarının keçirilməsinə etiraz edən 35 nəfər həbs olunub.
Buna onların etiraz aksiyası təşkil etməsi səbəb olub. San-Pauluda bir araya gələn yüzlərlə braziliyalı iqtisadi böhran dövründə Olimpiadanın ölkələrində keçirilməsinə narazılıqlarını bildirib.
Narazıların şəhərin mərkəzinə doğru irəliləməsinin qarşısını almaq üçün gözyaşardlcı qazdan da istifadə edən polislər fəallardan 35-ni saxlayıb.
Qeyd edək ki, oxşar etiraz aksiyası yarışların açılış mərasiminə ev sahibliyi edən “Marakana” stadionunu yaxınlığında da yaşanıb.
1news.az
524