İdman gimnastımız “Rio 2016” finala yüksəlib
XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə start verən idman gimnastlarımız Oleq Stepko və Pavlo Paxnyuk I təsnifat mərhələsini başa vurublar.
1news.az xəbər verir ki, gimnastlar ilk olaraq çoxnövçülük üzrə seçmə mərhələdə yarışıblar.
Dayaqla tullanma, gimnastika atı, halqalar, vault, paralel qollar və sərbəst hərəkətlərdə güclərini sınayan idmançılarımız aşağıdakı nəticələri göstəriblər.
Qeyd edək ki, Stepko çoxnövçülük yarışı üzrə ümumilikdə 86.208, Paxnyuk isə 84.215 bal toplayıb. Bu nəticə ilə ümumi sıralamada 20-ci olan Stepko final mərhələsinə yüksəlməyə haqq qazanıb. Paxnyuk isə 34-cü olaraq yarışı başa vurub.
1news.az
583