“Rio-2016”da qalmaqal: xidmətçiyə təcavüz edən idmançı həbs edildi – FOTO
Braziliyada təşkil edilən Yay Olimpiya Oyunlarında iştirak edən namibiyalı boksçu Cunyas Conas xidmətçi qadına təcavüz edib.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, polis qadının şikayətindən sonra 22 yaşlı boksçunu həbs edib.
Məlumata görə, 64 kq çəki dərəcəsində yarışan boksçu cümə günə fransız boksçu Həsən Amzile ilə döyüşəcəkdi. Böyük ehtimalla fransız idmançıya texniki qələbə veriləcək.
Maraqlısı budur ki, namibiyalı idmançı “Rio-2016”nın açılış mərasimində ölkəsinin bayrağını daşımışdı.
Qeyd edək ki, bir neçə gün öncə də Rioda təcavüz qalmaqalı olmuşdu. Mərakeşli boksçu Hassan Saada da iki xidmətçi qadına təcavüz etdiyi üçün həbs edilmişdi.
1news.az
595