Zirvə görüşü dünyanın zirvəsində - Gələcəyə baxış | 1news.az | Xəbərlər
Siyasət

Zirvə görüşü dünyanın zirvəsində - Gələcəyə baxış

13:25 - 10 / 08 / 2016
Zirvə görüşü dünyanın zirvəsində - Gələcəyə baxış

8 iyul 2016-cı il – bu tarix Azərbaycan, İran və Rusiyanın siyasi tarixində yeni əməkdaşlıq formatının əsası qoyuldu.

Azərbaycanın təşəbbüsü

Üç ölkənin prezidentinin Bakıda keçirilən Zirvə görüşü əsas təşəbbüskarı Azərbaycan oldu. Bu addım Azərbaycanın regionda təhlükəsizliyə, faydalı qonşuluq əlaqələrinə nə dərəcədə önəm verdiyini sübut etdi.

Əslində isə Azərbaycanda daha öncə də bir neçə üçtərəfli formatların əsas ideya mərkəzi olmuşdu. Buna misal olaraq Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatlarını göstərmək olar.

Azərbaycan, İran və Rusiyanı maraqlandıran əsas layihələr

Zirvə görüşünün əsas hissəsi Azərbaycanın təşəbbüskarı olduğu mühüm enerji layihələri olub. Böyük tranzit layihələri ilə Avropa və digər bölgələrə satışını genişləndirmək istəyən üç ölkə liderinin bu istiqamətdə müzakirələrinin nəticələrini yaxın zamanda görmək mümkün olacaq. Nəzərə almaq lazımdır ki, hazırda dünya enerji bazarında böhran davam edir və buna görə də, Azərbaycan, İran və Rusiyanın böhrandan çıxış yollarını birlikdə tapmaq istəməsi gələcək üçün sevindirici hal sayıla bilər.

Bundan başqa, görüşdə regionda ticarət dövriyyəsinin artmasına, qarşılıqlı sərmayə qoyuluşuna, ixrac imkanlarının genişləndirilməsinə, maliyyə, bank, sığorta sektorunda əməkdaşlığın güclənməsinə müsbət təsir göstərəcək, bu istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Həmçinin, sərhədlərin mühafizəsi işində əməkdaşlığı stimullaşdıracaq, bu sahədə birgə təlimlər, operativ informasiya mübadiləsinin həyata keçirilməsi işini sürətləndirəcək layihələrin keçirilməsi də nəzərdu tutulub.

Üçtərəfli format nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinə əhəmiyyətli təsir göstərəcəkdir.

Yeni format həm də humanitar əlaqələrin inkişafına pozitiv təsirini göstərəcək, xalqlar arasında mədəni əlaqələrin inkişafına, multikulturalizmin təşviqinə yeni imkanlar açacaqdır.

Zirvə görüşündən gələcək gözləntilər

Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatında müzakirə edilən məsələlər deməyə əsas veri ki, bu görüş böyük potensiala malikdir. Regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunması, ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq, enerji layihələrinə yeni nəfəs vermək üç ölkənin də ortaq düşüncəsidir.

Şimal-cənub dəhlizində yerləşən bu ölkələr dünyanın da diqqət mərkəzindədir. Buna görə də, üçtərəfli Zirvə görüşü dünya siyasi arenasına da bir mesaj, güc nümayişi idi. Azərbaycan öz iqtisadi potensial, hesablanmış xarici siyasəti sayəsində qurduğu güclü tərəfdaşlıq əlaqələrini, bu görüş ilə daha da möhkəmləndirdi.

Görüşü vacib edən amil nə idi?

Diqqət yetirsək bu üç ölkə arasında tarixən sıx əlaqələr olub. Müəyyən zamanlar bəzi siyasi gərginliklər olsa da, regionun əsas hərəkətverici qüvvələri olduğu üçün bir-birilərilə iqtisadi və siyasi münasibətləri yüksək səviyyədə saxlayıblar.

Dünyada gedən siyasi proseslər zamanla bu üç ölkəni bir-birinə daha da yaxınlaşdırdı və strateji tərəfdaşlara çevrildilər. Son illər Rusiya və İrana qərb ölkələri tərəfindən edilən təzyiqlər və sanksiyalara baxmayaraq, Azərbaycan buna qarşı çıxıb və öz tərəfdaşlarına dəstək nümayiş etdirib. Azərbaycan Ermənistan istisna olmaqla qonşuları ilə münasibətdə sadiqliyini göstərib.

Nəticə etibarilə, Azərbaycan, İran və Rusiya arasındakı əlaqələrdə yeni istiqamətləri müəyyənləşdirmək və mövcud layihələri daha da inkişaf etdirmək lazım idi.

Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi

Azərbaycanı tərkib hissəsi olduğu üçün bizi narahat edən ən vacib məsələ, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsidir. Bu bölgə vacib əhəmiyyət daşıdığı üçün İran və Rusiya münaqişənin həll edilməsində maraqlıdır. Çünki, hər iki ölkənin başçıları həm Zirvə görüşündə, həm də daha öncəki ikitərəfli görüşlərdə regionda təhlükəsizliyin, terrorizmin, işağlçılıq siyasətinin qarşısının alınmasını vacib olduğunu bəyan ediblər.

Azərbaycan da müasir dövrün ən mühüm problemlərindən olan terrorizmə qarşı mübarizədə prinsipial mövqe tutur,  bu sahədə əməkdaşlığın gücləndirilməsi işinə əməli töhfələr verir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın irəli sürdüyü təşəbbüslər bunu bir daha sübut edir.

Məhz bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinin həllində İran və Rusiya kimi güclü strateji tərəfdaşların atacağı addımlar böyük həlledici rol oynaya bilər.

Zirvə görüşünə Türkiyədən baxış

Bu görüş bütün dünyanın diqqət mərkəzində idi. Həmçinin, qonşu və qardaş Türkiyə də 7-8 iyulda Bakıdakı siyasi hərəkətliliyi yaxından izləyirdi.

Türkiyənin Rusiya ilə yaşadığı siyasi böhranın yumşaldılmasında Azərbaycanın mühüm addımları, İranla əlaqələrdə Azərbaycanın körpü rolunu oynaması Zirvə görüşünü Türkiyə baxımından əhəmiyyətli edirdi.

Türkiyə kanallarında görüş barədə geniş reportajlar verildi və siyasi şərhçilər Türkiyənin də gələcəkdə Zirvə görüşünə qoşulmasının vacib olduğunu bildirdilər. Bu təkliflə İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur da çıxış etmişdi. O, növbəti görüşlərdə rəsmi Tehran Türkiyə prezidenti Ərdoğanın etməsini istədiyini bildirmişdi.

Bu o deməkdir ki, Zirvə görüşü iştirakçıları şərq-qərb dəhlizində yerləşən Türkiyə ilə münasibətləri daha da gücləndirmək istəyir. Doğrudur, Azərbaycanın Türkiyə ilə münasibətləri uğurla davam etdirilir. Lakin, bu format çərçivəsində İran və Rusiya da Türkiyə ilə əlaqələri yeni müstəviyə daşımaq istəyir.

Fərid Ədalət

Paylaş:
759

Son xəbərlər

“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31
Bütün xəbərlər