Gəncə və Göygölün bir sıra ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə və Göygölün bir sıra ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb - FOTO

16:14 - Bu gün
Gəncə və Göygölün bir sıra ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ticarət obyektlərində yoxlama keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən 1news.az-a verilən məlumata görə, baxış zamanı bir sıra mağazalarda müşayiətedici sənədləri olmayan, aşkar saxtalaşdırma əlamətləri olan müxtəlif əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. İçkilərin kustar üsullarla başlıq hissələrinin butulkalara təkrar bərkidildiyi, qablaşdırılmasının kəskin fərqləndiyi, etiket məlumatlarında istehsalçı və istehsal ünvanı barədə məlumatın olmadığı və saxta VÖEN göstərildiyi məlum olub.

Belə ki, Gəncə şəhərinin Ş.İ.Xətai prospektində fəaliyyət göstərən fiziki şəxs Abdullayev Azər Ələkbər oğluna məxsus mağazada “Naturel” və “Беленькая Водка”, Atatürk prospekti, ev 83 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ələkbərov Elgün Aydın oğluna məxsus mağazada “Ağsu”, Göygöl şəhərinin A.Kazımov küçəsində fəaliyyət göstərən fiziki şəxs Aslanov Raqif Qədir oğluna məxsus “Əkizlər” marketdə “Organic Brand”, Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən fiziki şəxs Abbasov Elçin Ələddin oğluna məxsus “Çinar” marketdə “Premium Organic”, “Organic Росинка”, “Mypaва”, Aşıqlı kəndində fəaliyyət göstərən fiziki şəxs Quluyev Cavid Şəmsəddin oğluna məxsus “Gilavar” marketdə “Organic Росинка”, Yeni Qızılca kəndində fəaliyyət göstərən fiziki şəxs Abdullayev Elnur Şahvələd oğluna məxsus “BEH” marketdə “N1 Organic” əmtəə nişanlı saxta araqlar müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib, nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər