Fazil Mustafa: “Azərbaycan Rusiya və İran üçün vazgeçilməz bir ölkəyə çevrilib” | 1news.az | Xəbərlər
Siyasət

Fazil Mustafa: “Azərbaycan Rusiya və İran üçün vazgeçilməz bir ölkəyə çevrilib”

16:30 - 10 / 08 / 2016
Fazil Mustafa: “Azərbaycan Rusiya və İran üçün vazgeçilməz bir ölkəyə çevrilib”

Avqustun 9-da Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən Zirvə görüşünün nəticələri ilə bağlı nikbin proqnozlar verilir. Çünki, prezidentlərin görüşdən sonrakı açıqlamaları müzakirələrin faydalı keçdiyinə bir işarə verib.

1news.az Zirvə görüşünün faydaları, gələcək gözləntilər və siyasi sahədə göstərəcəyi təsiri ilə bağlı millət vəkili Fazil Mustafa ilə söhbət aparıb.

Həmin müsahibəni təqdim edirik:

- Zirvə görüşü təklifinin məhz Azərbaycan tərəfindən irəli sürülməsi hansı zərurətdən yarandı?

- Düşünürəm ki, bu görüş böyük bir tarixi hadisə kimi qiymətləndirilməlidir. Azərbaycanın bu təşəbbüsü yerində, vaxtında və bölgədə Azərbaycanın müəyyən dərəcədə maraqlarının təmin olunması baxımından faydalı bir addımdır.

Qərb dünyasının Azərbaycanda həm iqtisadi layihələrə, həm də Qarabağ məsələsində hansısa dəstək vermək niyyətinin olmadığının üzə çıxdığı mərhələdə bölkədə təhlükəsizliyin və sabitliyin pozulması ehtimalı Azərbaycanı böyük işlər görməyə sövq edir. Ona görə də Azərbaycan qonşu dövlətlərlə ən azı iqtisadi əməkdaşlığı ən yüksək səviyyədə artırmaqda maraqlıdır. Bu baxımdan İran və Rusiya arasında Hindistana gedən dəmir yolu xəttinin salınması üzrə razılığın əldə olunması da maraqlarımıza tam uyğundur.

Hesab edirəm ki, bərabərhüquqlu iqtisadi sistemin bu formada qurulması ümumi işimizə faydalı olacaq.

- Üç ölkəni yaxından maraqlandıran və görüşdə müzakirə edilən ən vacib məsələ nə idi?

- Hər üç ölkəni əsas maraqlandıran mövzu iqtisadi məsələdir. Daşınma yüklərinin İran üzərindən Hindistana və Hind okeanı bölgəsinə daşınması tərəflərin ən böyük istəyidir. Rusiya Cəbəllütariq boğazından, Aralıq dənizindən, Süveyş kanalından keçməklə Hind okeanına, oradan da Hindistana getmək üçün daha çox vaxt və maliyyə sərf edir. Lakin, dəmir yolu xətti layihəsindən sonra Azərbaycandan keçərək İran üzərindən Hindistana yük daşımaq daha sadələşəcək.

Bu mənada, Azərbaycanın İran və Rusiya üçün vacib tərəfdaşlardan birinə çevrilməsi bizim üçün vacib əhəmiyyət daşıyır.

Bu iqtisadi münasibətlər siyasətdə də təsirsiz ötüşməyəcək. Artıq, Azərbaycan Rusiya və İran üçün vazgeçilməz bir ölkəyə çevrilib. Çünki, Azərbaycanın onlar üçün iqtisadi əhəmiyyəti ikiqat artıb. Belə bir vəziyyətdə digər siyasi avantajların da əldə edilməsi istisna deyil.

- Görüşdən sonra hər üç lider olduqca mülayim və sevincli görünürdü. Sizcə Zirvə görüşündə məqsədlərə nail olundumu?

- Zirvə görüşü hər üç ölkənin son illərdə həyata keçirdiyi ən uğurlu layihədir.

Xüsusilə, sanksiyalara məruz qalan Rusiyanın şərqlə bağlı planlarını həyata keçirmək üçün bu görüşdə əldə edilən nəticələr sanksiyaların təsirindən müəyyən dərəcədə çıxmağa kömək edəcək.

İran da sanksiyalardan yenicə çıxmış ölkədir. Daha etibarlı tranzit xətti axtarır. Azərbaycanın isə bu ölkələr arasında körpü rolunu oynaması, öz məhsullarını dəmir yolu vasitəsilə xaricə çıxaracaq olması  iqtisadiyyatımıza faydalı nəticəsi olacaq.

Məhz bu səbəblərə görə, görüşdən sonra liderlər olduqca nikbin görünürdülər.

- Bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəyi dəyişə bilər?

- Məsələni qabaqlamaq məncə doğru deyil. Konkret addımların atılmasından danışmaq hələ tezdir. Çünki, bu görüşün əsas müzakirə obyetki iqtisadi layihələrdir.

Lakin, gələcəkdə bu əməkdaşlıq siyasi avantaja da çevrilə bilər. Bu Azərbaycanın aparacağı çevik siyasətdən asılı olacaq.

İqtisadi cəhətdən dost olan ölkələr siyasi sahədə hər hansı ziddiyətin yaşanmasını istəməzlər. Ona görə də, bu münasibətlər dərinləşdikcə siyasi münasibətlərə də öz təsirini göstərəcək və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində
Azərbaycana qarşı aqressivliyin ortaya çıxmasını əngəlləyəcək. Bu da indiki məqamda işimizə yarayır.

Lakin, indidən hesab etmək olmaz ki, İran və Rusiya münaqişənin həll istiqamətində Azərbaycanın tərəfindədirlər. Unutmayaq ki, Rusiyanın hərbi bazası Ermənistandadır və ermənilərə də dəstək siyasətindən hələ əl çəkməyiblər. İranın da Ermənistanla bağlı xüsusi maraqları var və müəyyən məqamlarda dəstək verirlər.

Buna baxmayaraq, verilən bu dəstəklərin Azərbaycanı incitməməsi üçün azalması siyasətini müşahidə etmək mümkün olacaq.

- İranın xarici işlər nazirinin müavini növbəti görüşə Türkiyə prezidentinin də qatılmasını istəyib. Sizcə Türkiyənin də Zirvə görüşünə qatılması regionda hansı yeniliklərə səbəb ola bilər?

- Zirvə görüşü regionda Rusiya, Türkiyə və İran üçbucağınının iqtisadi gücünün ortaya çıxmasına səbəb ola bilər. Bunun işarəsi kimi Rusiya və Türkiyə prezidentlərinin görüşünü misal göstərmək olar.

Çox güman ki, Türkiyə də bu prosesi qoşulacaq. Çünki, Türkiyənin İranla bağlı siyasətində də yeniliklər gözlənilir. Çox güman ki, yüksək səviyyədə görüşlər olacaq. Ondan sonra Türkiyənin Zirvə görüşündə iştirakı istisna deyil.

Fərid Ədalət

Paylaş:
1000

Son xəbərlər

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26
Bütün xəbərlər