Mehdiabadda Gənclər Şəhərciyində yanğın: sakinlər təxliyə olundu - FOTO
Abşeron rayonu Mehdiabad qəsəbəsində Gənclər Şəhərciyində yerləşən 10-cu binanın birinci mərtəbəsində yanğın baş verib.
1news az-ın əməkdaşı xəbər verir ki, hadisə nəticəsində yaranan güclü tüstü səbəbindən sakinlər təhlükəsizlik məqsədi ilə binadan təxliyə olunublar.
Yanğınla bağlı müvafiq qurumlara məlumat verilib, hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım cəlb olunub. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Hadisənin səbəbi araşdırılır.
.jpg)
.jpg)
121












