Çinli atlet Olimpiadada dünya rekorduna imza atıb | 1news.az | Xəbərlər
İdman

Çinli atlet Olimpiadada dünya rekorduna imza atıb

22:33 - 10 / 08 / 2016
Çinli atlet Olimpiadada dünya rekorduna imza atıb

Çinin qadın ağır atleti Den Vey 63 kiloqram çəki dərəcəsində rekord qıraraq Olimpiya çempionu adını qazanıb.

1news.az-ın məlumatına görə, “Rio-2016”da qızıl medala sahib çıxan qadın idmançı iki cəhddə 262 (115-147) kiloqram ağırlığından gələrək mütləq dünya rekordu qırıb.

Eyni çəki üzrə iki cəhddə 248 (105-143) kiloqram qaldırmaqla Koreya Respublikasının təmsilçisi Çxo Xe Sim ikinci, Qazaxıstan ağır atleti Karina Qoriçeva isə (243, 111-132) üçüncü olub.

1news.az

 

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər