Azərbaycan cüdoçusu Olimpiya çempionunu məğlub edib | 1news.az | Xəbərlər
İdman

Azərbaycan cüdoçusu Olimpiya çempionunu məğlub edib

17:58 - 11 / 08 / 2016
Azərbaycan cüdoçusu Olimpiya çempionunu məğlub edib

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında daha bir cüdoçumuz mübarizəyə qoşulub.

1news.az-ın məlumatına görə, yarışların altıncı günündə Elmar Qasımovun çıxışı uğurlu olub.

Belə ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayevi məğlub edərək 1/8 finala yüksəlib.

Cüdoçumuzun növbəti mərhələdəki rəqibi Əlcəzair idmançısı Lyes Bouyakoub olacaq.

Xatırladaq ki, cüdoçularımızdan Rüstəm Orucov (73 kq) avqustun 8-də keçirilmiş yarışda Rio Olimpiadasında Azərbaycana ilk gümüş medalı qazandırıb.

1news.az

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər