Millimiz FIFA Dünya Kuboku-2017 turnirinə qələbə ilə başladı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Yezolo şəhərində təşkil olunmuş FIFA Dünya Kuboku-2017 turnirinin Avropa komandaları arasında seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
1news.az-ın məlumatına görə, Bolqarıstan yığması ilə qarşılaşan millimiz 7:2 hesabı ilə qələbə qazanıb.
Orxan Məmmədovun het-trik, Sabir Allahquliyevin isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Əbdül Əliyev və Hikmət Bağırov fərqlənib.
Millimiz növbəti oyununu avqustun 13-də Danimarka yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.
1news.az
715