“Rio-2016”: bürünc mükafatlı idmançı həbs olunub
“Rio-2016”nın bürünc mükafatçısı belçikalı cüdoçu Dirk van Tihelt yenidən xoşagəlməz hadisənin iştirakçısı olub.
1news.az Azərtac-a istinadən bildirir ki, 32 yaşlı idmançı iki gün əvvəl döyülmüş və telefonu əlindən alınmışdı.
Qarət olunandan sonra telefonunun izinə düşən Dirk otelə daxil olub və bir qadını izlədiyini bildirib. O, telefonunun məhz həmin qadında olduğunu və bu üzdən onu geri qaytaracağını iddia edib.
İdmançı otelin əməkdaşı ilə anlaşa bilməyib. Dalaşmağa başlayan cüdoçu polis tərəfindən həbs olunub. Bölməyə aparılan belçikalının həmin vaxt içkili olduğu bildirilir.
Qeyd edək ki, van Tihelt Azərbaycan idmançısı Rüstəm Orucovun gümüş medal qazandığı 73 kiloqram çəki dərəcəsində üçüncü olub.
1news.az