Rio-2016: bir gündə 5 dünya rekordu
Rio-2016-nın 8-ci günü 5 dünya rekordu ilə əlamətdar olub.
1news.az apasport.az saytının məlumatına görə, 7 gündə 12 rekord yeniləyən idmançılar bu rəqəmi 17-yə çatdırıb.
Atletika yarışları efiopiyalı Almaz Ayananın rekordu ilə əlamətdar olub. 10 min metr məsafəyə qaçan xanım idmançı 29 dəqiqə 17,45 saniyə nəticə göstərib.
Qadın velosipedçilərin sprint yarışında isə çinli Qonq Jonq fərqlənib. O, 31,928 saniyə nəticə göstərib.
4000 metri 3 dəqiqə 50,265 saniyəyə qət edən Böyük Britaniya kişilərdən ibarət yığması da treki rekordla tərk edib.
85 kq çəki dərəcəsində çıxış edən ağırlıqqaldıranların yarışında iranlı Xanuş Rsrəmi 396 kq nəticəyə imza atıb.
Üzgüçülük yarışlarının qəhrəmanlarından olan Keti Ledeki 800 metr məsafəni sərbəst üsulla 8 dəqiqə 4,79 saniyəyə qət edib. Bu, onun Rio-2016-da ikinci dünya rekordudu. Bunadək qadın idmançı 400 metri sərbəst üsulla üzməkdə rekord vurmuşdu.
1news.az