AZAL çətin səfərdən xalla döndü | 1news.az | Xəbərlər
İdman

AZAL çətin səfərdən xalla döndü

19:32 - 13 / 08 / 2016
AZAL çətin səfərdən xalla döndü

Bu gün futbol üzrə Topaz Premyer Liqasının ikinci turu çərçivəsində daha bir matç oynanılıb.

1news.az xəbər verir ki, günün tək qarşılaşması Gəncədə keçirilib.

Mövsümə uğursuz start verərək son iki sırada qərarlaşan “Kəpəz” və AZAL komandaları üz-üzə gəlib.

Avropa Liqasında uğursuz çıxışdan sonra çempionata da məğlubiyyətlə start verən Şahin Diniyevin yetirmələri ilk qələbəsini qazanmağa çalışsa da, paytaxt təmsilçisinin müqavimətini qıra bilməyib – 0:0.

İlk turda “Neftçi” ilə oyunda istədiyi nəticəni əldə edə bilməyən AZAL isə çətin səfərdən bir xalla dönmək vəzifəsinin öhdəsindən gəlib.

Sabah tura “Neftçi – “Zirə” oyunu ilə yekun vurulacaq.

1news.az

 

Paylaş:
750

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər