Lionel Messi qərarını dəyişdi
İspaniyanın Barselona klubunun ulduz futbolçusu Lionel Messi Argentina yığması ilə bağlı verdiyi qərarını dəyişib.
1news.az xəbər verir ki, bu barədə ulduz futbolçunun meneceri açıqlama yayıb.
Verilən açıqlamada futbolçu bildirib ki, Argentina futbolunda problemlərin çox olmasını nəzərə alı:
“Bunun üçün də əlavə problem yaratmaq istəmirəm. Hər zaman oynadığım futbolla milli komandaya yararlı olmağa çalışmışam. Bundan sonra da Argentina yığmasında problemlərin həll olunması üçün əlimdən gələni edəcəyəm. Mənim milli komandaya qayıtmağımı istəyənlərə təşəkkür edirəm. Ümid edirəm ki, onları sevindirmək üçün lazım olan hər şeyi edə biləcəm”.
Qeyd edək ki, ulduz futbolçu bu il ABŞ-da keçirilən Amerika Kuboku yarışlarının final görüşündə Çili yığması ilə qarşılaşmada məğlubiyyətdən sonra Argentina komandasındakı karyerasını başa vurduğunu bildirmişdi.
1news.az