“Rio-2016”: 3 idmançı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb | 1news.az | Xəbərlər
İdman

“Rio-2016”: 3 idmançı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb

13:59 - 13 / 08 / 2016
“Rio-2016”: 3 idmançı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak edən 3 idmançı dopinqə görə cəzalandırılıb.

1news.az “Report”a istinadən xəbər verir ki, Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən onlardan ikisi yarışlardan kənarlaşdırılıb, birinin isə akreditasiyası müvəqqəti olaraq ləğv edilib.

94 kq çəkidə mübarizə aparan 27 yaşlı polşalı ağır atlet Tomaş Zielinskinin dopinq testində istifadəsi qadağan olunan "Norandrosterone" preparatı aşkarlanıb.

Qadınlar arasında 3000 metr məsafəyə maneələrlə qaçış yarışında iştirak edən 33 yaşlı bolqarıstanlı Sivia Danekovanın testində qadağan edilən "EPO" maddəsi aşkarlanıb. Nəticədə CAS hər iki idmançının "Rio-2016"dakı nəticələrini silib və akreditasiyalarını ləğv edib.

Qadınlar arasında 100 metr məsafəyə kəpənək və 50 metrə sərbəst üzmə yarışlarında çıxış edən Çin idmançısı Çen Xinyinin qanında isə "hydrochlorothiazide" maddəsi aşkarlanıb. 18 yaşlı idmançının akreditasiyası müvəqqəti olaraq ləğv edilib.

Qeyd edək ki, dopinq məsələlərini həll etmək üçün CAS-ın Rio-de-Janeyroda iki ofisi fəaliyyət göstərir.

1news.az

Paylaş:
579

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər