İlham Əliyev İndoneziya prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İndoneziya prezidentini təbrik edib

1news Redaksiyası18:42 - 16 / 08 / 2016
İlham Əliyev İndoneziya prezidentini təbrik edib

Prezident İlham Əliyev İndoneziyanın prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.

1news.az

Paylaş:
556

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər