Sabah Şəriəti: "Rio-2016"da qazandığım medalı azərbaycanlılara həsr edirəm | 1news.az | Xəbərlər
İdman

Sabah Şəriəti: "Rio-2016"da qazandığım medalı azərbaycanlılara həsr edirəm

09:45 - 16 / 08 / 2016
Sabah Şəriəti: "Rio-2016"da qazandığım medalı azərbaycanlılara həsr edirəm

Çox sevinirəm ki, Olimpiya medalı qazandım və Azərbaycanın üçrəngli bayrağını qaldırdım. Üç illik əziyyətim hədər getmədi. Mənə şərait yaratdıqları üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasına öz təşəkkürümü bildirirəm.

Bu sözləri "Rio-2016" Yay Olimpiya Oyunlarında 130 kiloqram çəki dərəcəsində bürünc medal qazanan yunan-Roma güləşçimiz Sabah Şəriəti Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı deyib.

Güləşçi bildirib ki, bürünc medal uğrunda görüşdüyüm almaniyalı rəqibim çox güclüdür. Son Avropa çempionatında ona məğlub olmuşdum. Ancaq bu dəfə məşqçilərin fikri ilə başqa taktika ilə güləşdim və bu da öz nəticəsini verdi. Rəqibin narazılığına baxmayaraq, onu təmiz qələbə ilə məğlub etdim. Bunu hakimlər də öz qərarları ilə təsdiq etdilər.

İlk görüşündə boğazından zədələndiyini bildirən güləşçi dörddəbir finaldakı məğlubiyyətini belə şərh edib:

"Boğazımdakı zədədən sonra çox çətin idi. Xalçada özümü demək olar ki, hiss etmirdim. Məğlubiyyətimin əsas səbəbi də elə bu oldu. Buna baxmayaraq mükafatçılar sırasında yer aldım. Qazandığım bürünc medalı bütün azərbaycanlılara həsr edirəm".

AZƏRTAC

Foto: MOK

Paylaş:
945

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər