Azərbaycan nümayəndə heyəti Macarıstanda keçirilən qurultayda iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Macarıstanda keçirilən qurultayda iştirak edib - FOTO

23:50 - 16 / 08 / 2016
Azərbaycan nümayəndə heyəti Macarıstanda keçirilən qurultayda iştirak edib - FOTO

Avqustun 12-15-də Macarıstanın Buğac bölgəsində III Turan Qurultayı keçirilib. Qurultayda Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Macarıstanda fəaliyyət göstərən Macar Turan Fondu iki ildən bir paytaxt Budapeştdə Böyük Turan Qurultayı təşkil edir. Məqsəd türk xalqları və onların diaspor təşkilatları arasında birliyin yaranmasına xidmət göstərməkdir. İldən-ilə marağın artdığı qurultay bu il daha geniş formada təşkil olunub. Təsadüfi deyil ki, bu il qurultaya rekord sayda - 300 mindən çox insan qatılıb. Ümumilikdə isə tədbirdə 26 ölkədən 270 nümayəndə iştirak edib. Bununla yanaşı, türkdilli ölkələrdən Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, o cümlədən Tatarıstan, Dağıstan və digər xarici ölkələrdə məskunlaşan türk icmalarından da çoxlu sayda qonaq tədbirə gəlib.

Bu qurultayda ölkəmizi Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev, Milli Məclisin deputatları Əflatun Amaşov, Qənirə Paşayeva, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və digərləri də daxil olmaqla ümumilikdə 26 nəfər təmsil edib. Nümayəndə heyətinin tərkibində ictimai xadimlər və incəsənət nümayəndələri də olublar. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri dövlət ansamblının kollektivi və sənətçilər Nuriyyə Hüseynova, Şəmistan Əlizamanlının qurultay çərçivəsində geniş auditoriya qarşısında bir neçə dəfə çıxış etməsi rəğbətlə qarşılanıb.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri bir sıra xarici ölkələrin nümayəndə heyətləri ilə də görüşlər keçiriblər. Görüşlərdə əsas müzakirə mövzusu birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirmək və qısa müddətdə ortaq maraqlara uyğun birgə fəaliyyətə başlamaq məsələləri olub.

Qurultayı və keçirilən görüşləri şərh edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib ki, tədbiri təşkil edən Macar Turan Fondu türk xalqları və onların diaspor təşkilatları arasında birliyin yaranması üçün böyük işlər görür. Dünyanın dörd bir tərəfindən yüzlərlə təşkilat və diaspor təşkilatlarının rəhbərlərinin qatıldıqları bu qurultay həm də Azərbaycan həqiqətlərinin tanıdılması və müxtəlif xalqların diaspor təşkilatları arasında ikitərəfli əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətlidir.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, əksər türk xalqları 70 il ərzində türk milli kimliyini ortaya qoymaq imkanından məhrum halda yaşayıb. Bu günün özündə də türk milli kimliyi məsələsində problemlər var. Ancaq Turan Qurultayı bütün mənfi stereotiplərə, sözün yaxşı mənasında, meydan oxumaq əzmindədir. Üç yüz minə qədər iştirakçının qatıldığı qurultay müasir dövrdə türk xalqlarının konsolidasiyasını nəzərdə tutan müxtəlif tədbirlərin mərkəzində dayanmağa layiqdir.

Deputat Qənirə Paşayeva çıxış edərək türk xalqlarının birlik və bərabərliyini gücləndirməsinin çox önəmli olduğunu deyib. O vurğulayıb ki, hazırda dünyada bütün türk xalqlarının bu birliyə və gücə ehtiyacı var. Q.Paşayeva macar və türk dünyası ictimai xadimlərini, elm adamlarını Azərbaycana gəlməyə və ölkəmizdə gördüklərini öz cəmiyyətlərinə daha geniş çatdırmağa dəvət edib.

ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, bu Qurultay həm də böyük bir əməkdaşlıq platformasıdır və Azərbaycan nümayəndə heyəti də bu imkanlardan yararlanmağa çalışır.

Tədbirə qatılan qonaqlar arasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Jandos Asanov və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev də olub. Qurultayın geniş ictimaiyyətə çatdırılmasında göstərdiyi dəstəyə görə Azərbaycanın Macarıstandakı səfiri xüsusi mükafata layiq görülüb

Macar-Turan Fondunun rəhbəri Andraş Biro Azərbaycan nümayəndə heyətinin Turan Qurultayına qatılmasını mühüm hadisə adlandırıb.

Tədbir haqqında fikirlərini bölüşən Azərbaycan nümayəndə heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev deyib ki, rəhbərlik etdiyi təşkilat son illər mütəmadi olaraq Macarıstanda keçirilən Turan Qurultayının tədbirlərində iştirak edir. BAMF bu il ilk dəfə olaraq Azərbaycanın Macarıstandakı səfirliyi ilə birlikdə koordinasiya işlərini həyata keçirib.

Xatırladaq ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi “Atəşkəs” sənədli filmi 2016–cı ildə geniş ictimaiyyətə təqdim olunub. Azərbaycan və Macarıstandan olan jurnalistlərin birgə fəaliyyəti nəticəsində hazırlanan filmdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tarixi mərhələləri haqda məlumatlar yer alıb. Avropalı ekspertlərin də iştirak etdikləri filmdə bütövlükdə Cənubi Qafqazda baş verən hadisələr öz əksini tapıb.

AZƏRTAC

Paylaş:
513

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər