ADIF: “Qafqaz İnkişaf Bankı” və “Atrabank” müflis elan olunub
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadı ilə “Qafqaz İnkişaf Bankı”ASC və “Atrabank” ASC müflis elan olunub.
Bu barədə 1news.az-a Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
Məlumata əsasən, Fond 16.08.2016-cı il tarixdən qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.
Fondun ünvanı:
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə
Əlaqə nömrələri:
(012) 596 65 91/92/93 və“941” nömrəli qaynar xətt
Mövzu ilə əlaqədar oxuyun:
ADIF lisenziyası ləğv edilən 4 banka borclu olan müştərilərə müraciət edib
Azərbaycanda daha dörd bankın lisenziyası ləğv olunub - YENİLƏNİB
Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bankların əmlakını satışa çıxarır
1news.az