Azərbaycan və ABŞ-ın hərbi tibb mütəxəssisləri arasında təcrübə mübadiləsi keçirilir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və ABŞ-ın hərbi tibb mütəxəssisləri arasında təcrübə mübadiləsi keçirilir - FOTO

15:03 - 18 / 08 / 2016
Azərbaycan və ABŞ-ın hərbi tibb mütəxəssisləri arasında təcrübə mübadiləsi keçirilir - FOTO

Oklahoma Milli Qvardiyasının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi tibb üzrə mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq və təcrübələrini bölüşmək məqsədilə seminar keçirilir.

1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, seminarda ABŞ və Azərbaycanın hərbi tibb mütəxəssisləri arasında hərbi tibb dəstəyinin göstərilməsi üzrə təlimlərin təşkilində metodologiyalar, tibbi kəşfiyyat, ilkin yardımın göstərildiyi məntəqələr, əməliyyatlar zonasının tibbi hava təxliyə sistemi, tibbi personal və avadanlıq ilə bağlı Cenevrə Konvensiyalarının tələbləri və tərəfləri maraqlandıran digər mövzularda müzakirələr aparılacaq.

Seminar avqustun 19-dək davam edəcək.

1news.az

Paylaş:
777

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35

Çində güclü zəlzələ olub

04 / 12 / 2025, 12:52
Bütün xəbərlər