İnsanlara zor tətbiq edərək mobil telefonu götürən iki şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

İnsanlara zor tətbiq edərək mobil telefonu götürən iki şəxs tutulub

15:54 - 18 / 08 / 2016
İnsanlara zor tətbiq edərək mobil telefonu götürən iki şəxs tutulub

Avqustun 17-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən klinikalardan birində 2 naməlum şəxs, orada işləyənlər - Bakı şəhər sakinləri Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edib X.Piriyevaya məxsus mobil telefonu almışdır.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata əsasən, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Fikrət Rzayev və Fəhmin Atakişiyev tutulmuşlar.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər