Dövlət Komitəsi “Media və din” mövzusunda konfrans keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi “Media və din” mövzusunda konfrans keçirib - FOTO

17:37 - 18 / 08 / 2016
Dövlət Komitəsi “Media və din” mövzusunda konfrans keçirib - FOTO

Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2016-cı il “Multikulturalizm ili” çərçivəsində “Media və din” mövzusunda konfrans keçirilib.

Bu haqda 1news.az-a Dövlət Komitəsinin mətbuat xidmətindən xəbər verilib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, millət vəkili Fazil Mustafa, ölkəmizdə fəaliyyət göstərən media qurumlarının dini mövzularda yazan əməkdaşları və mütəxəssislər iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, bu gün dini mövzuda yazan kifayət qədər jurnalist var. Lakin jurnalistlər bu yönümlü yazıları hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və bu mövzuya həssaslıqla yanaşmalıdırlar. O qeyd edib ki, hazırlanan yazılarda xalqın dini inancı ilə bağlı daxili senzuraya riayət edilməlidir.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çoxkonfessiyalı ölkədir və burada ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Azərbaycanda dövlət-din münasibətlərinin həyata keçirilməsində qarşıda iki mühüm vəzifə dayandığını bildirən Mübariz Qurbanlı bunlardan birincisinin dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaq, digərinin isə dini xurafata qarşı mübarizə aparmaqdan ibarət olduğunu qeyd edib.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu cür konfransların keçirilməsinin əhəmiyyətini önə çəkərək bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. O qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrimizin fəaliyyəti önəmlidir.

Tədbirdə çıxış edən millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin gözəl və düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşdüyünü deyib. O bildirib ki, jurnalistlər dinimizin düzgün formada təbliğini təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqelərini açıq-aydın şəkildə nümayiş etdirməlidirlər.

Millət vəkili Fazil Mustafa konfransın keçirilməsinin əhəmiyyətindən bəhs edərək dini mövzuda yazmağın vicdanla, insani duyğularla bağlı məsələ olduğunu deyib. O, jurnalistlər arasında bu sahədə ixtisaslaşmanın aparılmasının vacibliyindən bəhs edib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Mövcud dini durum və media”, ADA Universitetinin müəllimi, dinşünas-alim Nəriman Qasımoğlu isə “Dinlərdə multikultural dəyərlər və onun mediada təbliği” mövzularında çıxış ediblər.

Konfrans işini müzakirələrlə davam etdirib.

1news.az

Paylaş:
838

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər