Qarabağ bölgəsində gənclər üçün peşə dərslərinə start verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ bölgəsində gənclər üçün peşə dərslərinə start verildi

17:30 - 19 / 08 / 2016
Qarabağ bölgəsində gənclər üçün peşə dərslərinə start verildi

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisi  Füzuli rayonunda  “Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti” –nin cari il peşə təlimlərinə start verdi.

Mərkəzdən 1news.az-a verilən məlumata əsasən, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə  bildirmişdir ki , Cənab prezidentin 20 aprel 2016-cı il tarixli fərmanı ilə  Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranmasını  əsas tutaraq Mərkəz xüsusilə Qarabağ bölgəsində peşə təhsilinin  kütləviliyini təmin  etmək , ölkənin iqtisadi rifahı naminə insan  resurslarından daha effektli faydalanmasına şərait yaratmaq məqsədilə gənclər üçün təmənnasız peşə kurslarına  başlamışdır. Gənclər üçün nəzərdə tutulan  peşə kursları özlüyündə  həmin bölgənin mövcud imkanları və iqtisadi təlabatı ilə uzlaşılaraq  gənclərin sosial, iqtisadi imkanlarının artırılmasına təsir göstərəcəkdir..

Xidmətin cari il tədris mərhələsində tikiş ,toxuculuq, qadın bərbəri və komputer kursundan ümumilikdə 56 nəfər həssas qrupdan olan qadınlar və aztəminatlı ailələrin övladları ödənişsiz əsaslarla faydalanacaqlar.

Qeyd etmək istərdik ki ,  “Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti” proqramı çərçivəsində Füzuli rayon  3saylı Qayıdış qəsəbə bələdiyyəsi ilə əməkdaşlıq ediləcəkdir.

1news.az

Paylaş:
572

Son xəbərlər

Bütün xəbərlər