Türkiyədə FETÖ istintaqı: xarici ölkələrdəki 300 diplomat dindiriləcək | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə FETÖ istintaqı: xarici ölkələrdəki 300 diplomat dindiriləcək

16:02 - 21 / 08 / 2016
Türkiyədə FETÖ istintaqı: xarici ölkələrdəki 300 diplomat dindiriləcək

Türkiyənin xarici ölkələrdəki diplomatik missiyalarında çalışan 300 diplomat ölkəyə çağırılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, diplomatlar Ankara Baş Prokurorluğunun də Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar aparılan istintaq çərçivəsində ölkəyə çağırılıb.

Prokurorluq FETÖ-nün təhlükəsizlik, məhkəmə, siyasət, təhsil və iş dünyası ilə bərabər diplomatik sahədə təşkilatlanmasını da araşdırır.

Türkiyə Xarici İşlər Nazirliyi FETÖ ilə əlaqəsi olunan diplomatların vəzifələrindən uzaqlaşdırılacağını, FETÖ ilə əlaqəsi olmayanların isə vəzifələrinin icrası üçün diplomatik missiyalara geri qaytarılacağını açıqlayıb.

1news.az

Paylaş:
639

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər