Türk Şurasının yeddinci sammiti 2017-ci ildə Bakıda keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Türk Şurasının yeddinci sammiti 2017-ci ildə Bakıda keçiriləcək

15:06 - 23 / 08 / 2016
Türk Şurasının yeddinci sammiti 2017-ci ildə Bakıda keçiriləcək

Avqustun 23-də Türk Şurasının fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.

Qurumun baş katibi Ramil Həsənov rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışıb. O bildirib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) üç ildir BMT yanında müşahidəçi statusunu almaq üçün müraciət edib. Təəssüf ki, bir neçə ölkə altıncı komitədə Türk Şurasının üzvlüyünə etiraz etdiyi üçün bu, baş tutmayıb. Ümid edirik ki, yaxın aylarda bu məsələ həllini tapacaq.

R.Həsənov, həmçinin məlumat verib ki, sentyabrın 20-25-də Türk Şurası BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü təşkil edəcək. Dörd ölkənin xarici işlər naziri artıq iştirakını təsdiqləyib. Bundan başqa, Bişkekdə Türk Şurasının sammiti keçiriləcək. Sammitin əsas müzakirə mövzuları gənclərlə iş, terrorizmə qarşı birgə mübarizə olacaq. Tədbirdə Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Türk Şurası qardaş ölkəyə açıq dəstəyini bəyan edəcək. Eyni zamanda, Türk Şurasına üzv ölkələrin beynəlxalq təşkilatlarla birgə fəaliyyətinə dair məsələlər müzakirə ediləcək.

Türkdilli ölkələrin dövlət başçılarının altıncı zirvə görüşünün bu il Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunacağını bildirən R.Həsənov yeddinci sammitin 2017-ci ildə Bakıda keçiriləcəyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan R.Həsənov bildirib ki, Türk Şurasına üzv ölkələr bu münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. BMT-nin qətnamələrində də bu torpaqları işğal olunan ərazilər kimi qeyd edilir. Azərbaycanın mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır və münaqişə Helsinki Yekun Aktında göstərilən müddəalar əsasında həllini tapmalıdır.

Ramil Həsənov Türkdilli ölkələrin tarixinə dair ümumi dərslik üzərində işin başa çatdırıldığını bildirərək deyib:

“Oktyabrda təhsil nazirlərinin görüşündə bu dərslik təsdiqlənsə, Bişkek sammitində prezidentlərə təqdim olunacaq”.

Türkdilli ölkələrin ortaq televiziyasının yaradılması istiqamətində işlərin davam etdiyini bildirən R.Həsənov bu televiziyanın “İnternational Turkish News Channel” adlandırılacağını deyib. O qeyd edib ki, televiziyanın verilişləri altı dildə yayımlanacaq. Telekanalın mərkəzi ofisi Azərbaycan, Türkiyə və ya Qazaxıstanda yerləşə bilər.

1news.az

Paylaş:
792

Son xəbərlər

“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47
Bütün xəbərlər