Azərbaycan çempionatında I divizionun püşkü atılıb
Bu gün I divizionda 2016-17 mövsümünün püşkatma mərasimi keçirilib.
1news.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə yeni mövsümün başlama vaxtı və I turun təqvimi müəyyənləşib.
Tədbir Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri və jurnalistlərin iştirakı ilə baş tutub. Püşkatmaya əsasən, yeni yaranmış “Səbail” ilk turda çempionatın favoriti hesab edilən “Mil-Muğan”ın qonağı olacaq.
I divizion. 2016-17 mövsümü, I tur
7-8 sentyabr
“Rəvan” – “Turan Tovuz”
“Zaqatala” – “Şahdağ”
“Şəmkir” – “Şərurspor”
“Bakılı” – “Ağsu”
“Mil-Muğan” – “Səbail”
MOİK – “Energetik”
“Qaradağ Lökbatan” – “Göyəzən”
1news.az
653