7 nəfər dənizdə boğulmaqdan xilas edilib
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakı şəhərində bu gün 7 nəfəri dənizdə boğulmaqdan xilas edib.
1news.az xəbər verir ki, Xəzər rayonunda 4 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyati üzrə təhvil veriblər.
Buna bənzər hadisə Sabunçu rayonunda da olub. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1 nəfəri xilas edib.
Daha sonra Xəzər rayonunda ikinci hadisə baş verib. Belə ki, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyati üzrə təhvil veriblər.
1news.az