Göyçayda toyda zəhərlənən şəxslərin adları məlum olub – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda toyda zəhərlənən şəxslərin adları məlum olub – YENİLƏNİB

23:04 - 23 / 08 / 2016
Göyçayda toyda zəhərlənən şəxslərin adları məlum olub – YENİLƏNİB

Bu gün axşam saatlarında Göyçay rayonunun Yekəxana kəndində təşkil edilən toy mərasimində qidadan zəhərlənən şəxslərdən 22 nəfəri Qaraməryəm kənd xəstəxanasına, 9 nəfər isə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yekəxana kənd sakinləri olan 25 nəfər - Elvin Şəmiyev, Qoşqar Quliyev, Nemət Şəmiyev, Rahilə Şəmiyeva, Gülnaz Təvəkkülova, Ruslan Hüseynov, Samirə Hüseynova, Yeganə Hüseynova, Hüseyn Hüseynov, Qoşqar Rəşidov, Qənirə Əzizova, Rəna İbadova, Şahin Ağamalıyev, Saday Şəmiyev, Təranə Hüseynova, Cəfər Hüseynov, Mürşüd Hüseynov, Kifayət Əmirova, Ədil Kərəmov, Sərvər Kərimov, Rza Talıbov, İlham Tapdıqov, Akif Hüseynov, Elnur Məmmədov, Xədicə Hüseynova toy mərasimində meyvə şirəsi içdikdən sonra qəflətən yaranan qızdırma, ürək bulanma və işləmə-qusma əlamətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıblar.

Hazırda onların müalicəsi davam etdirilir. Zərərçəkənlərdən 6 nəfər isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları toy mərasiminin keçirildiyi yerdədirlər. Kütləvi zəhərlənməyə səbəb olan meyvə şirələrindən yoxlama üçün nümunələr götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

APA

21.13

Göyçay rayonunda keçirilən toy mərasimində qonaqlar arasında qidadan kütləvi zəhərlənmə halı baş verib.

Hadisə bu gün axşam saat 18:30 radələrində rayonun Yekəxana kəndində qeydə alınıb. Toy mərasimində meyvə şirəsi içən qonaqlardan bəzilərinin halı pisləşib və 30-dan çox adam zəhərlənmə diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına və Qaraməryəm kənd xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.

Xəstələrdən bir neçəsinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hazırda onların müalicəsi davam etdirilir. Hadisə yenicə baş verdiyi üçün zəhərlənən şəxslərin adları hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

APA

Paylaş:
510

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər