Yol polisi bütün bölgələrdə reydlərə başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi bütün bölgələrdə reydlərə başladı

15:10 - 24 / 08 / 2016
Yol polisi bütün bölgələrdə reydlərə başladı

Avqustun 23-də Göygöl rayonunda da reyd keçirilib.

1news.az Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPI) istinadən xəbər verir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, insanların həyat və sağlamlıqlarının avtomobillərin zərərli təsirlərindən qorunması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi istiqamətində dövlət yol polisi əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Dövlət yol polisi əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində, o cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməməsi ilə bağlı mütəmadi olaraq aparılan profilaktiki tədbirlərə baxamayaraq təəssüflər olsun ki, bir çox şəxslərin hələ də spirtili içki qəbul edərək nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etmə hallarına rast gəlinir.

Avqust ayının 23-də DIN-in Baş Dövlət Yol Polisi İdarəsinin, Yol-Patrul Xidməti Alayının xüsusi bölüyünün əməkdaşları tərəfindən Göygöl RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları ilə birlikdə Göygöl rayonu ərazisində keçirilən reydlər nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 17 nəfər akşar edilərək inzibati məsuliyyətə cəlb olunub. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etmələrini, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə etmə hallarına son qoymağı tövsiyə edir.

1news.az

Paylaş:
417

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər