Əli İnsanovun nədə ittiham edildiyi məlum olub
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülən yeni ittiham açıqlanıb.
1news.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının üzvü, keçmiş məhkum Tofiq Yaqublu özünün “facebook” səhifəsində yazıb.
T. Yaqublunun yazdığına görə, Ə. İnsanov həbsxanada ona müraciət edən məhkumları səhv müalicə etməkdə təqsirləndirilir.
Qeyd edək ki, 2005-ci ilin oktyabr ayında həbs olunan sabiq səhiyyə naziri Əli İnsanov cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.
1news.az
387