Qanunsuz valyuta mübadiləsilə məşğul olan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz valyuta mübadiləsilə məşğul olan şəxs saxlanılıb

20:46 - 24 / 08 / 2016
Qanunsuz valyuta mübadiləsilə məşğul olan şəxs saxlanılıb

Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar çərçivəsində valyuta bazarında maliyyə sabitliyinin qorunması, valyuta alğı-satqısında sui-istifadə halları və möhtəkirliyin, habelə “qara bazar”ın formalaşmasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq qabaqlayıcı və inzibati tədbirlər görülməkdədir.

Son günlər bir sıra subyektlər tərəfindən valyuta qanunvericiliyinin tələblərinin pozulması və qanunsuz valyuta mübadiləsi əməliyyatlarının aparılması barədə daxil olmuş müraciətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib

1news.az-a Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilir ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının yalnız banklar və onların filial və şöbələri tərəfindən həyata keçirildiyi halda, Bakı şəhəri, 28 May küçəsi, 34 ünvanında Bakı şəhər sakini İlyas Əkbərov tərəfindən qanunsuz fəaliyyət göstərən məntəqəyə baxış keçirilərkən 93 min 665 manat, 80 min 359 ABŞ dolları, 13 min 680 avro, 212 min rus rublu olmaqla, ümumilikdə, 51 ölkəyə məxsus təqribən 320 min Azərbaycan manatı dəyərində milli və xarici valyutada pul vəsaitləri, habelə istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar aşkar edilərək götürülüb.

İ.Əkbərovun valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərini pozaraq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıb və o, şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 8C, Nərimanov rayonu, Təbriz küçəsi, ev 95 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətullayev küçəsi, 35 ünvanlarında qanunsuz valyuta mübadiləsi əməliyyatları həyata keçirən məntəqələr aşkar edilməklə barələrində qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bundan sonra da Dövlət Təhlükəsizliyi Xidməti, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti qurumlarla əlaqəli şəkildə valyuta qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək.

1news.az

Paylaş:
522

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər