Millimiz Super Finala qələbə ilə başladı | 1news.az | Xəbərlər
İdman

Millimiz Super Finala qələbə ilə başladı

17:48 - 25 / 08 / 2016
Millimiz Super Finala qələbə ilə başladı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində bu gün ilk oyununu keçirib.

1news.az-ın məlumatına görə, millimiz Türkiyə yığmasını 5:3 hesabı ilə məğlub edib.

Komandamızın qollarını Orxan Məmmədov, İlkin Hacıyev, Əbdül Məmmədov və Sabir Allahquliyev vurub. Digər qolun müəllifi isə topu öz qapısından keçirən Türkiyə yığmasının üzvü olub.

Millimiz turnirdə növbəti oyununu avqustun 26-da, Bakı vaxtı ilə saat 13:30-da İngiltərə yığmasına qarşı keçirəcək.

1news.az

Paylaş:
770

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər