Azərbaycanda 25-ildən çox texniki baxışdan keçməyən avtomobillər var - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 25-ildən çox texniki baxışdan keçməyən avtomobillər var - VİDEO

12:32 - 25 / 08 / 2016
Azərbaycanda 25-ildən çox texniki baxışdan keçməyən avtomobillər var - VİDEO

Azərbaycanda hələ də avtomobilini köhnə sovet dövlət nömrə nişanı ilə idarə edən sürücülər var.

1news.az-ın Xəzər Xəbər-ə istinadən verdiyi məlumata əsasən, Bakı kəndlərində və ucqar kəndlərdə rast gəlinən həmin avtomobillər də xüsusən elə sovet istehsalı olan maşınlardı. Yol polisi bunun qanun pozuntusu olduğunu deyərək həmin sürücülərə xəbərdarlıq edir.

Sovet istehsalı olan bu avtomobilin üzərindəki dövlət nömrə nişanı da elə o dövrə məxsusdu. 41-42- AQ sovet dövlət nömrə nişanlı bu ''Vaz-2106'' markalı avtomobil aeroport yolunda sürücülər tərəfindən çəkilib. Baxmayaraq ki, artıq bu nömrələr nəyinki Azərbaycanda bütün dünyada etibarsız hesab olunur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, belə dövlət nömrə nişanlı avtomobillərin yollarda hərəkəti təhlükəlidir. Bu isə bir sıra suallar ortaya çıxarır. 25 ildir müstəqil olan Azərbaycanda belə maşınları indiyədək dövlət yol polisi görməyib? yaxud bu avtomobillər ümumiyyətlə texniki baxışdan keçmir? Bundan əlavə başqa problemlər də var bu avtomobillə hər hansı bir hadisə törədilərsə o sürücünü necə məsuliyyətə cəlb etmək olacaq? Maraqlısı budur ki, heç müasir kamera və radarlar da bu avtomobillərin xətalarını qeydə ala bilmir.

Ekspertin sözlərinə görə, sovet dövlət nömrə nişanı ila avtomobili idarə edən sürücü aşkar edilərsə ona hansısa cərimə yazılıb sərbəst buraxılmamalıdır. Məcburi şəkildə avtomobil yenidən qeydiyyata alınmalıdır.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, belə avtomobillər təhlükəsiz şəhər kameraları vasitəsi ilə aşkar edilirsə dərhal həmin ərazi üzrə xidmətdə olan yol ptarul avtomobillərinə xəbər verilir və yol hərəkətindən kənarlaşdırılır.

1news.az

Paylaş:
604

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər