Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni elektron xidmət istifadəyə verib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni elektron xidmət istifadəyə verib – FOTO

12:57 - 25 / 08 / 2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni elektron xidmət istifadəyə verib – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” elektron xidmətini işəgötürənlərin istifadəsinə təqdim edib.

1news.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hər bir işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət strukturuna, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur.

Daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və təhqiqatının aparılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən komissiya yaradılır, baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılır. “Elektron hökumət” portalı üzərindən təqdim olunan “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidməti istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən məlumat verilməsi prosesinin elektron qaydada da həyata keçirilməsinə, bu sahədə işəgötürənlərin imkanlarının genişlənməsinə şərait yaradır.

Yeni e-xidmət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə, habelə "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilib. Həmçinin yeni e-xidmət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron imza sertifikatları verilmiş dövlət qurumları, hüquqi və fiziki şəxslər üzrə informasiya sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək.

İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumat vermək üçün müvafiq müəssisənin məsul şəxsi (istifadəçi) www.e-gov.az internet ünvanına daxil olduqdan və e-imza kartı (yaxud Mobil Autentifikasiya Sertifikatı) ilə autentifikasiyadan keçdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidmətini seçir.

Bu zaman işəgötürən haqqında məlumatlar sistem tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən olunur. İstifadəçi bədbəxt hadisənin baş verdiyi tarixi, saatı və ünvanı, hadisə haqqında qısa məlumatı, onun baş vermə şəraitini, zərərçəkənlər, habelə hadisə ilə bağlı məlumat verən şəxs barədə məlumatları daxil edir. Zərərçəkən işçilər barədə məlumatlar da qeyd edilən sistemlərə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən edilir.

İstifadəçi müraciəti təsdiq etdikdən sonra müraciət dərhal sistemdə qeydiyyata alınır. Bunun ardınca istifadəçiyə onun müraciətinin, yəni istehsalatda baş verən bədbəxt hadisə barədə məlumatların qeydiyyata alınmasına dair bildiriş göndərilir və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən komissiya yaradılaraq, həmin bədbəxt hadisənin təhqiqatının aparılmasına başlanılır.

Yeni e-xidmət iş yerlərində istehsalatla əlaqəli bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna məlumatın verilməsi prosedurunun elektron əsaslar üzərində təkmilləşməsinə, bu sahədə təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə yönəlib.

Qeyd edək ki, bununla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali üçün aktual olan iş sahələri üzrə artıq 26 elektron xidməti vətəndaşların istifadəsindədir. Həmin e-xidmətlərə ictimai maraq getdikcə artır və hazırda “Elektron hökumət” portalının istifadəçi kontingentinin mühüm bir hissəsini məhz əmək və sosial müdafiə sistemi üzrə e-xidmətlərdən faydalananlar təşkil edir. Bu ilin birinci yarımilində portalda e-xidmətlərindən ən çox istifadə olunan qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. İyul ayında əhali nazirliyin e-xidmətlərindən 440 768 dəfə, yanvar-iyul aylarında isə 3,6 milyon dəfəyə yaxın faydalanıb.

1news.az

Paylaş:
900

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər