Məşhur məşqçi özünə Çində iş tapdı
"Mançester Siti"nin sabiq baş məşqçisi Manuel Pelleqrininin işsiz günləri uzun sürməyib.
1news.az apasport.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bundan sonra Çində çalışacaq.
62 yaşlı çilili bu ölkənin "Hebey Çayna Forçun" klubu ilə anlaşıb. Çinlilər rəsmi sayt vasitəsilə bu keçidi rəsmən bəyan ediblər. Ancaq müqavilə müddəti ilə bağlı hələlik məlumat verilməyib.
Qeyd edək ki, "Hebey Çayna Forçun" hazırda Çin çempionatında 5-ci pillədə qərarlaşır. Bu komandanın heyətində Ezekyel Lavezzi, Jervinyo və Qael Kakuta kimi tanınmış futbolçular çıxış edirlər.
1news.az
664