Sənəd düzəldəcəklərini deyib külli miqdarda pul aldılar
Bakıda aldıqları torpaq sahəsi üçün sənəd düzəltdirmək istəyən şəxslər dələduzluqla üzləşib.
1news.az lent.az-a istiinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Ağayeva Rehyan Əziz qızı Suraxanıda aldığı torpaq sahəsi üçün sənəd hazırlatmaq məqsədi ilə Ziya və Zaur adlı şəxslərə 4800 manat verdiyini, lakin həmin şəxslərin onu aldatdığını bildirib.
Bundan başqa Nuriyev Akif Arif oğlu adlı vətəndaş da polisə müraciət edərək torpaq sahəsi üçün sənəd almaq məqsədi ilə Zəfər adlı şəxsə 12 min manta verdiyini, lakin aldadıldığını qeyd edib.
Hər iki müraciətlə bağlı araşdırma aparılır.
1news.az
459