Bədavi Hüseynov San-Marino ilə görüşü buraxmalı olacaq | 1news.az | Xəbərlər
Futbol

Bədavi Hüseynov San-Marino ilə görüşü buraxmalı olacaq

16:05 - 29 / 08 / 2016
Bədavi Hüseynov San-Marino ilə görüşü buraxmalı olacaq

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.

1news.az-ın məlumatına görə, Bədavi Hüseynov (“Qarabağ”) zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub. Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.

Xatırladaq ki, daha öncə “İnter” komandasının üzvü Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olmuşdu.

1news.az

Paylaş:
811

Son xəbərlər

Bütün xəbərlər