Gündüz İsmayılov: “Məzhəbçiliyin, dünyəvi təhsilə qarşı təhdidlərin arxasında kənar qüvvələr var” | 1news.az | Xəbərlər
Cəmiyyət

Gündüz İsmayılov: “Məzhəbçiliyin, dünyəvi təhsilə qarşı təhdidlərin arxasında kənar qüvvələr var”

12:56 - 29 / 08 / 2016
Gündüz İsmayılov: “Məzhəbçiliyin, dünyəvi təhsilə qarşı təhdidlərin arxasında  kənar qüvvələr var”

“Xurafat prinsipindən yanaşdığımız məsələlərdən biri də məzhəbçilik olmalıdır. Əslində, xurafatçılığın, məzhəbçiliyin, dünyəvi təhsilə qarşı təhdidlərin arxasında istənilən halda  kənar qüvvələr  var”.

1news.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün "Dini rafikalizm və xurafat: bir medalın iki üzü" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, məişət mövzusunda olan xurafat əksər hallarda dini radikalizmin başlanğıc nöqtəsini təşkil edir:

“Açıq deyək ki, bizdə məişət mütəvisində xurafat elemetləri daha çoxdur. Son nəticədə radikal dini cərəyanlar təbliğatlarını qurarkən bu, onların işinə yarayır. Necə yarayır? Məsələn, radikal dini cərəyan üzvü " Quran"dan çıxış edir, sitatlar gətirir. Yaxud da hansısa böyük islam ədəbiyyatlarına istinad edir. Hər hansı yaşayış məntəqəsində, kənddə mərasimlərdə din adından danışan həmin "din" adamının çıxışlarında xurafat elementləri kifayət qədərddir. Onun dedikləri din üzərində dayansa da, təhrif olunur, mətnlər konteksdən çıxarılır. Bu, nəticədə xurafatın yarandığı, xurafat elementlərinin çox olduğu kəndlərdə, yaşayış yerlərində istər-istəməz dini radikalizmin toxumlarının səpilməsinə imkan yaradır”.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov qeyd edib ki, rafikalizm cinayət əməli olmaqla, cəmiyyətdə aayda-qanunun, nizamın pozulmasına gətirib çıxarır:

“Xurafatçılıq da cəmiyyətimizin əsas problemlərindən biridir. Ona qarşı vaxtında mübarizə aparılmasa, dini radikalizmə çevrilə bilər”.

1news.az

Paylaş:
551

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər