Yol Polisi İdarəsi: Hamilə qadının ərinin Rəşadət Babayevə qarşı heç bir iddiası yoxdur – VİDEO – YENİLƏNİB
Sosial şəbəkələrdə yayılmış hamilə qadının təhqir olunması və həyat yoldaşının polkovnik Rəşadət Babayev tərəfindən döyülməsini əks etdirən video ilə yeni təfərrüatlar məlum olub.
1news.az-a Bakı Dövlət Yol Polisi İdarəsinindən verilən xəbərə görə, insidentin iştirakçısı – sürücü, hamilə qadının əri (özünün xahişi ilə adı qeyd edilmir) yoldaşı ilə birlikdə idarəyə gələrək ərizə yazıblar.
“Həmin ərizədə onun nə polkovnik Rəşadət Babayevə, nə də Dövlət Yol Polisi İdarəsinin digər əməkdaşlarına qarşı heç bir iddiası olmadığı qeyd edilir. Həmçinin ərizədə onu və həyat yoldaşının heç kim təhqir etmədiyi də yazılıb. Video isə onun iştirakı olmadan yayılıb”, - İdarədə məlumat verilib.
Xatırladaq ki, daha əvvəl Bakı Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə yayılmış video ilə bağlı açıqlama vermişdi.
1news.az-a Bakı Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri, polkovnik Vaqif Əsədovun verdiyi xəbərə görə, R.Babayev İdarənin yol patrul xidməti alayının komandiri, Daxili İşlər Nazirliyinin əməkdar işçisidir, ona qarşı irəli sürülən bütün ittihamlar yalandır:
“Rəsmi olaraq bəyan edirəm ki, Yol Polisi İdarəsi polkovnik tərəfindən hamilə qadının həyat yoldaşının döyülməsilə bağlı sosial şəbəkələrdə yayılan məlumata görə məhkəməyə vermək niyyətindədir. Rəşadət Babayev heç kimi döyməyib və təhqir etəyib! Bu, açıq-aşkar təxribatdır. Paytaxtın yol polislərinin nüfuzdan salınmasına yönəlib”.
Həmçinin o, bir sıra jurnalistlərin İdarənin video ilə bağlı mövqeyini bilmədən reytinq xatirinə yayılmasına təəssüfləndiyini də bildirib:
“Həqiqət də isə hadisə bu cür baş verib: Yol Polisi əməkdaşları dayanacaq qaydalarını pozan sürücülərlə bağlı mübarizəni gücləndiriblər. Bu problemin daha fəal olan hissəsi Bakının – Tbilisi prospekti, 20 Yanvar metrostansiyasının ərtafı, Moskva prospekti 1-ci, 5-ci və 4-cü mikrorayonlar, eləcə də “Şamaxinka” adlanan yerdir.
Burada asayişin pozulması üçün bu təxribat keçirilib. Əvvələr burada maşınlar 2-3 sıra dayanırdı. Burada hərəkət etmək mümkün deyildi. Lakin polis əməkdaşları vəziyyətə diqqətlə yanaşdı və qaydaları pozan sürücüləri cərimələdi. Bütün bunlar da Yol Polisinin nüfuzdan salınmasına yönəlib. Lakin bütün bunlardan heç nə alınmayacaq və qaydaları pozanlar cəzalandırılacaq!
Bu vidoe-çarxı çəkən sürücü haqda konkret olaraq deyə bilərəm ki, o, Yol Hərəkəti Qaydalarını pozub və maşını qadağan olunmuş yerdə saxlayıb. Daha sonra isə polis əməkdaşının əmrinə tabe olmayıb”, - bəyan edən V.Əsədov qeyd edib ki, Dövlət Yol Polisinin nüfuzuna xələl gətirmiş şəxslər yaxın zamanlarda məhkəmə qarşısında öz əməllərininin cavabını verəcək.
Eyni zamanda qeyd etmək lazımdır ki, tərəflər arasında razılıq olduğu üçün çox güman ki, məhkəməyə müraciət edilməyəcək.
1news.az