Ağsuda qəza: 7 ərəb turist yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda qəza: 7 ərəb turist yaralanıb

16:30 - 30 / 08 / 2016
Ağsuda qəza: 7 ərəb turist yaralanıb

Ağsu rayonunda sərnişin avtobusu aşıb, xəsarət alanlar var.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun 6-cı km-də, yolun Ağsu rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Rüstəmov Əhmədağa Məmmədrza oğlunun idarə etdiyi sərnişin avtobusu Qəbələdən Bakı istiqamətində olarkən idarəetməni itirib, avtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtobusda olan 21 nəfər ərəb sərnişindən 7-si müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Şamaxı rayon mərkəzi xəstənaxanına (RMX) yerləşdiriliblər.

Xəsətəxanadan verilən məlumata görə, yaralıların vəziyyətləri qənaətbəxşdir. Sərnişinlərdən çoxunun yalnız adı məlumdur, soyadı isə hələ müəyyənləşməyib. Bunlar Fatimə, Ömər, Rəva, Hüseyn, Abbasi Yusif, Ərşad, Röya, Əsr adlı şəxslərdir.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqaq şöbəsində araşdırma aparılır.

1news.az

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər