Müdafiə Nazirliyi müdafiənin ön xəttinin möhkəmləndirilməsini tapşırıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi müdafiənin ön xəttinin möhkəmləndirilməsini tapşırıb - FOTO

17:50 - 30 / 08 / 2016
Müdafiə Nazirliyi müdafiənin ön xəttinin möhkəmləndirilməsini tapşırıb - FOTO

Avqustun 30-da Müdafiə Nazirliyində Silahlı Qüvvələrdə döyüş hazırlığının nəticələrinə həsr olunmuş kollegiya iclası keçirilib.

1news.az-ın məlumatına görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak ediblər.

Müşavirədə döyüş hazırlığı və nizam-intizamın vəziyyəti, həyata keçirilən fəaliyyətlər, problemlər və onların həlli yolları, əldə olunan nailiyyətlər, əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı nazir müavinləri və birlik komandirlərinin məruzələri dinlənilib, qısa və uzun müddətli perspektivlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək, xalqımızın və ölkə rəhbərliyinin ordumuzun fəaliyyətinə verdiyi yüksək qiyməti toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri cari ilin aprel döyüşlərindən sonra işğaldan azad olunmuş ərazilərdə müdafiənin ön xəttinin möhkəmləndirilməsi, hərbi hissələrin müasir silah-sursat və zirehli texnikalarla təchiz edilməsi, şəxsi heyətin döyüşə hazırlığının səviyyəsi, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və nizam-intizamın gücləndirilməsi, eləcə də onların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonda kollegiya iclasında irəli sürülən təkliflər müzakirə edilərək qərar layihəsi qəbul edilib.

1news.az

Paylaş:
848

Son xəbərlər

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıbBu gün, 09:12Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib17 / 10 / 2024, 18:50Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb17 / 10 / 2024, 17:43Oktyabrın 19-u COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində hərəkətə məhdudiyyətlər tətbiq olunacaq17 / 10 / 2024, 17:36Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ17 / 10 / 2024, 17:27Sabah hava necə olacaq? - PROQNOZ17 / 10 / 2024, 14:39Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi təmir edilib17 / 10 / 2024, 14:18İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB17 / 10 / 2024, 13:46Əmtəə bazarlarında qızılın qiyməti 2 700 dollara yaxınlaşıb17 / 10 / 2024, 12:09Vüqar Qurbanov: “Bu gün təcili tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçiririk”17 / 10 / 2024, 11:41TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsinə və optimallaşdırılmasına dair brifinq keçirib17 / 10 / 2024, 11:27AMB günün valyuta məzənnələrini açıqladı17 / 10 / 2024, 11:23Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub17 / 10 / 2024, 11:09Kamaləddin Qafarov: “17 oktyabr – Füzuli Şəhəri Günüdür”17 / 10 / 2024, 10:35Azərbaycan neftinin qiyməti 75 dolları ötüb17 / 10 / 2024, 10:15“UForex” hesabını “SİMA İmza” ilə aç!17 / 10 / 2024, 10:05ABB-dən kapital bazarlarını canlandıracaq daha bir addım!17 / 10 / 2024, 10:00Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA17 / 10 / 2024, 09:38Ermənistanın Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 4 il keçir17 / 10 / 2024, 09:35Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür17 / 10 / 2024, 09:19
Bütün xəbərlər