Azərbaycanda dövlət qoruğundan tarixi eksponat oğurlanıb
Abşeron rayonunda oğurluq olub.
1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Mədəniyyət və Turizm Nazirliyinin “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunda qeydə alınıb.
Belə ki, həmin təbiət qoruğuna daxil olan “Əli daşı” pirindən tarixi eksponat oğurlanıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə “Yanardağ” ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan olunub. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq ve qədim məscid, “Qotur su” bulağı, “Əli daşı”, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.
1news.az
575