İki uşaq bədbəxt hadisə nəticəsində ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

İki uşaq bədbəxt hadisə nəticəsində ölüb

13:32 - 31 / 08 / 2016
İki uşaq bədbəxt hadisə nəticəsində ölüb

Bakıda və Masallıda azyaşlı uşaq dünyasını dəyişib.

1news.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, avqustun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsində 2 yaşlı Mehti Bayramzadə həyətlərindəki su hovuzuna düşərək boğulub.

Digər bədbəxt hadisə Masallıda baş verib. Avqustun 27-də Masallı rayonunun Təkdam kəndində 3 yaşlı Fatimə Quliyevanın üstünə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilmiş uşaq avqustun 30-da orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər