ADIF: 9 bankın qorunan əmanətçilərinə 226 milyon manatdan artıq kompensasiya ödənilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADIF: 9 bankın qorunan əmanətçilərinə 226 milyon manatdan artıq kompensasiya ödənilib

17:02 - 31 / 08 / 2016
ADIF:  9 bankın qorunan əmanətçilərinə 226 milyon manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 21 milyon 181 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 37 milyon 112 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 11 milyon 948 min manat və "Dekabank" ASC-nin əmanətçilərinə isə 2 milyon 659 min manatdan artıq kompensasiya ödənilib.

1news.az-a Əmanətlərin Sığortalanması Fondundan verilən xəbərə görə, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 72 milyon 902 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 8 milyon 581 min manatdan artıq kompensasiya ödənilib ki, bunun 7 milyon 350 min manatı "Atrabank"ın, 1 milyon 231 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşüb.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 061 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 895 min 554 manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 604 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 560 min manatdan çoxdur.

Ümumilikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 226 milyon 43 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Mövzu ilə əlaqədar oxuyun:

ADIF lisenziyası ləğv edilən 4 banka borclu olan müştərilərə müraciət edib     

Azərbaycanda daha dörd bankın lisenziyası ləğv olunub - YENİLƏNİB

Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bankların əmlakını satışa çıxarır

"Atrabank" və "Qafqaz İnkişaf Bankı" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

1news.az

Paylaş:
951

Son xəbərlər

Bütün xəbərlər