“BMW”-ni kanala aşıran sürücü öldü
Lənkəran rayonunda maşınını kanala aşıran sürücü ölüb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə avqustun 19-a saat 18:00 radələrində sözügedən rayonun Vilvana kəndində qeydə alınıb.
Belə ki, rayon sakini Xəyal Məmmədov idarə etdiyi “BMW” markalı avtomobili kanala aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü avqustun 31-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az
418