Bakıda 50 min manat dəyərində qızıl əşyalar oğurlayan kişi və qadın tutulub
Polis əməkdaşları Bakıda oğurluqla məşğul olan iki nəfəri saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinənlər paytaxt sakinləri Fərid Əhmədov və Nigar Ağayeva tutulublar.
1news.az
572